Türk dizayneri Mehmet Erdem BMW şirkəti üçün Titan adlı konsept-bayk hazırlayıb.
Dizaynerin ilham mənbəyi komiks və kinofilm qəhrəmanı Betmenin (yarasa adam) nəqliyyatı, həmçinin, böyük ağ köpəkbalığının bədən quruluşu olmuşdur. “Titan, gündəlik səyahət üçün nəzərdə tutulmayıb, o tərkib hissəsi yalnız “sürət” olan bir arzu əsasında yaradılıb” – deyə Mehmet Erdem bildirib.
Erdem BMW üçün artıq bir neçə motosiklet konsepsiyası hazırlayıb, onların “metalda” həyata keçirilib keçirilməyəcəyi hələ məlum deyil.
BMW gənc dizaynerlər və rəssamlarla fəal əməkdaşlıq edir. Belə ki, bu il Rencontres d’Arles foto festivalının açılışı şərəfinə şirkət Toilet Paper avanqard italyan jurnalı ilə birgə, BMW avtomobilinin qeyri adi versiyasını – BMW i3 “Spaqetti-kar” hazırlamışdılar. Bundan başqa şirkətin məşhur müasir rəssamlar tərəfindən bəzədilmiş Art Cars adlı xüsusi kolleksiyası vardır.