“Adweek”in verdiyi məlumata görə, amerika mediaholdinqi “NBC Universal” 2016 Olimpiya Oyunları zamanı reklam yayımına görə 1,2 milyard dollarlıq müqavilə bağlayıb.



“Biz əvvəllər aşılmaz hesab olunan baryeri aşdıq” – deyə, NBC Sports Group Network-in icraçı vitse-prezidenti Set Vinter bildirib. O, əlavə edib ki, Olimpiya Oyunlarının təşkili ilə bağlı yaranan problemlər ona olan marağı artırmağa kömək edib.



Müqavilələr reklamin kabel və rəqəmsal televiziyada, həmçinin, digər media platformalarda yayımı üçün imzalanmışdır. Bildirilir ki, reklam müqavilələrinin məbləği ABŞ tarixində bütün digər mediahadisələrin göstəricilərini ötür. Və beləliklə, NBC Universal Rio Olimpiya Oyunları zamanı "Milli reklam bazarının qızıl mükafatçısı" oldu.