Yeni Kenzo World-i dünya mütəxəssisləri yaradıb. Belə ki, aromatı məşhur ətriyyatçı Francis Kurkdjian, qeyri adi dizaynı isə Patrik Li hazırlayıb.
Kenzonun yeni aromat reklamını da həmçinin ulduz komanda hazırlayıb. Çarxın rejissoru oskarçı rejissor, aktyor, prodüser və senarist Spayk Cons, çarxın əsas qəhrəmanı aktrisa Endi MakDauellin qızı, keçmiş balerina Marqaret Kouli oynayıb. Xoreoqraf kimi isə Rayan Heffinqton dəvət olunub.
Süjetə görə çarxın qəhrəmanı darıxdırıcı tədbirdən çıxır. Dəhlizə çıxaraq o, fikirli halda addımlayır, uzun müddət kameraya baxır, sonra isə gözü, üzü və bütün bədəni ilə dəlicəsinə rəqs edir. Rəqs “Mutant Brain” kompozisiyası altında baş verir.
Yeni aromat Kenzo Kerol Lim və Humberto Leon art-direktorlarının moda baxışlarını əks etdirir. Marka nümayəndələri bidirir ki, “Onların təqdim etdiyi dünya: enerjili, kortəbii, təəccüblü, əyləncəli, rənglidir ... Özünü ifadə azadlığı, müxtəliflik və yaradıcılıq kimi bir dünya”