Təşəbbüskar İspan oğlan öz videobloqunda reklam satışına başlamaq qərarına gəlib. O, YouTube-da “Los Salerosos” musiqi qrupunun videoklipini yerləşdirib. Xavier kanaldan pul qazanmaq istəmiş, lakin AdWords ilə AdSens qarışıq salmışdır. Nəticədə, o, təsadüfən 100 min avro məbləğində reklam alıb.



Xavier dostu ilə birlikdə özünün YouTube kanalında pul qazanmaq qərarına gəlir, lakin təsadüfən AdWords xidmət yerinə AdSense xidmətini seçir. AdWords vasitəsilə reklam verənlər Google-da reklam alırlar, ikinci xidmət isə əksinə, məzmun satışı üçün istifadə olunur. Avqustun 1-dən başlayaraq, Xavier və onun 15 yaşlı biznes-partnyoru fəal şəkildə reklam alıblar. Onlar Xosenin, içərisində 2 min avro saxlanılan şəxsi bank hesabından istifadə ediblər. Videoblogerin anasının sözlərinə görə, pul gələcək xərcləri üçün nəzərdə tutulurmuş.





Əvvəlcə uşaqlar reklama 15 dollar sərf etmişlər, lakin məbləğ sürətlə artmağa başlayır. Sonda bankdan valideynlərə zəng vurulur, onlar isə hesabın ödənilməsini bağlayırlar. İki ay ərzində Xavierin Google-a təxminən 100 min avro borcu yaranmışdır, lakin o ödəmək məcburiyyətində deyil. Məlum olmuşdur ki, yaş məhdudiyyətləri səbəbindən Xavier reklam alışı üçün AdWords-dən istifadə edə bilməz, buna görə də onun cari balansı sıfırlanacaq.



"Bir çox online xidmətlərin, o cümlədən AdWords-in yaş məhdudiyyəti var. Biz internetdə ailə mühiti təhlükəsizliyinin saxlanılmasının nə qədər vacib olduğunu bilirik” – Google-un nümayəndələri bildirib.