Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı, Facebook Messenger və WhatsApp-ı informasiya qorunması baxımından mövcud mesencerlər içərisində icazəsiz girişdən ən çox mühafizə olunan mesencerlər kimi tanıdı. Hər ikisi 100 baldan 73 bal alıblar. Üçüncü yerdə 67 balla Telegram durur. İlk növbədə, istifadəçilərin yazışmalarında təhlükəsiz şifrələmənin mövcudluğu nəzərə alınıb. 16 mesencerdən 6-sı şifrələməyə malikdirlər, lakin Telegram onlaın sırasına daxil deyil.



Siyahını əlavə ödənişlə şifrələməyə malik Blackberry Messenger, həmçinin şifrələməyə malik olmayan Hangouts, Skype və Snapchat xidmətləri bağlayır.



Reytinqində dünyanın müxtəlif yerlərində məşhur olan 11 şirkətin 16 mesenceri təqdim olunub.