Twitter-in Rusiyada yeganə rəsmi nümayəndəsi – media tərəfdaşlıq üzrə menecer Aleksey Şelestenko şirkət tərəfindən ixtisara düşüb. Bu barədə o, Facebook səhifəsində bildirib.



Şelestenkonun sözlərinə görə, Twitter-dəki ixtisarlar şirkətin dünya üzrə bir neçə şöbələrinə, o cümlədən onun işlədiyi Media Partnerships şöbəsinə də toxunub.





Bu yaxınlarda sosial şəbəkə 9% əməkdaşlarını ixtisar edəcəyini bildirmişdir. Bloomberg ixtisarı Twitter-in aşağı maliyyə nəticələri ilə əlaqələndirmişdi.



Şirkətin hesabatına görə, onun rüblük gəliri 8% - 616 milyon dollaradək artıb. Twitter-in zərəri III rübdə 22% - 103 milyon dollaradək azalıb.