Brilyant ixracı üzrə ixtisaslaşmış Hare Krishna Exports Hindistan şirkətinin başçısı Savdzhi Dholakiya – Divali milli bayramı münasibəti ilə öz şirkətinin əməkdaşlarını qeyri adi yolla təbrik edib. Yerli Sandesh qəzetinin məlumatına görə, seçilmiş əməkdaşlar müdirdən avtomobil və mənzillər alıblar.
Savdzhi Dholakiya ümumi olaraq 1260 avtomobil və 400 mənzil paylayıb. Hədiyyələrin ümumi dəyəri 7,7 milyon dollar qiymətləndirilir. Hare Krishna Exports şirkətinin başçısı artıq bir çox illərdir ki, öz işçiləri üçün bahalı hədiyyələr edir və buna görə də onu Hindistanda ən səxavətli müdir adlandırırlar. 2014-cü ildə iş adamı 1200 işçisinə 200 mənzil, 400 avtomobil və 500 dəst zinət əşyası bağışlayıb.
Dholakiyanın sözlərinə görə, 25 il ərzində Hare Krishna Exports yaxşı nəticələr əldə etmişdir. Şirkət 70-dən çox ölkəyə 700 milyon dollar məbləğində brilyant ixrac edir. “Lakin əməkdaşlarımızdan daha qiymətli heç nə yoxdur” – deyə o qeyd edib. Hare Krishna Exports rəhbəri həmçinin, şirkətinin prioritet məqsədinin işçilərini zəruri olan hər şey ilə, o cümlədən mənzil ilə təmin etmək olduğunu bildirib.
Divali - əsas hindistan və hindu bayramı olub, "İşıqlar Festivalı" kimi də qeyd olunur. Bayram xeyirin şər üzərində qələbə rəmzini əks etdirir və qələbə əlaməti olaraq hər yerdə şam və fənərlər yandırılır. Bayram zamanı insanlar bir birinə hədiyyələr verir.