The Sun nəşriyyatının məlumatına görə, Madrid "Real"ının futbolçusu Kriştian Ronaldu Amerika idman paltarı istehsalçısı Nike ilə ömürlük müqavilə imzaladı. Müqaviləyə əsasən, portuqaliyalı hər il 24 milyon dollar alacaq.
Yeni müqavilənin maliyyə detalları açıqlanmır, lakin bu müqavilənin 1 milyard dollara çata biləcəyi bildirilir. Bununla da, tarixdə Kriştian Ronaldu basketbolçu Lebron Ceyms və Maykl Cordandan sonra Nike ilə ömürlük müqavilə bağlayan üçüncü idmançı olacaq.
Forbs jurnalına görə, Kriştian Ronaldu bu il ən yüksək ödənişli idmançıların illik reytinqinə rəhbərlik edən ilk futbolçu olub. Nəşrə görə, 31 yaşlı futbolçunun illik gəliri 88 milyon dollar təşkil edəcək. Bunlardan 56 milyon dollar Ronaldunun “Real” ilə müqaviləsi, 32 milyon dollar isə sponsorluq müqavilələrdən gələn gəlirlərdir.
2003-cü ildən əməkdaşlıq etdiyi Nike-dan əlavə, futbolçu Sacoor Brothers və Armani daxil olmaqla bir çox məşhur brendlərin simasıdır ki, bunlardan onun illik gəliri 1 milyon avro təşkil edir. KFC ilə əməkdaşlıq futbolçuya 2 milyon avro gətirir. Bundan başqa, Ronaldu Emirates aviaşirkəti, Coca-Cola və Tag Neuer markaları ilə əməkdaşlıq edir, habelə CR7 adlı kişi geyim və ayaqqabıları da istehsal edir.