Forbes jurnalı artıq ikinci dəfədir ki, 27 yaşlı İsveç bloqeri PewDiePie (Feliks Çelberq) YouTube-un ən çox qazanan ulduzu adlandırır.
Nəşrin verdiyi məlumata əsasən, kanalına demək olar ki, 50 milyon insanın yazıldığı bloqer, il ərzində 15 milyon dollar qazanıb. Video çəkilişdən əlavə o, 112 min nüsxə ilə satılmış "Bu kitab səni sevir" adlı kitabının satışından da gəlir əldə etmişdir. Ötən il Çelberq 12 milyon dollar qazanmış və yenə də birinci yerdə qərarlaşmışdır.
Bu il ikinci yeri 33 yaşlı bloqer və komediyaçı Roman Etvud tutmuşdur. Onun qazancı 8 milyon dollar olmuşdur ki, bu da ötən il ilə müqayisədə 70% çoxdur. Etvud populyarlığı prank-video sayəsində əldə etmişdir, lakin onun kanalı bu tip videoları cari ilin aprelindən bəri yayımlamamışdır. 2016-cı ildə o, “Anadangəlmə prankerlər” adlı film çəkmişdir ki, film əsasən neqativ rəylər almışdır və həmçinin, Scott tualet kağızı istehsalçısı tərəfindən sponsoluq qazanmışdır.
Üçüncü yeri Pəncab mənşəli 28 yaşlı Kanadalı Lili Sinqx tutur. O, komediyaçı, aktrisa və reper kimi tanınır. 2016-cı ildə o, “Təkbuynuz adasına səfər” adlı sənədli filmdə çəkilmişdir.