DMC2016-nın aparıcısı Turanə Hüseynli ilə söhbətləşdik. Aşağıda Sizə müsahibəni təqdim edirik



Salam Turanə xanım,



1) Sizi bir çoxları #hazırlayır deyə tanıyırdı, bu dəfəisə #aparırdınız. DMC2016-nı hara apardınız?



- Tədbir başlayanda da dedim ki, "gələcəyə" aparacam. Məncə alındı. Təbii ki, bu daha çox, hətta əsasən spikerlərin öhdəliyində idi. Məncə,onlar bunu bacardı.



2) Turanə Hüseynli deyəndə Əlfəcini, #Turana hazırlayır və digər layihələri xatırlayırıq. Bəs Siz daha çox necə mövqelənmək istəyirsiz? Qısaca desək, Turanə Hüseynlini necə tanıyaq?

- Əslində, hər şey MAG verilişi ilə başladı deyərdim. Həmin verilişlə AzTV kanalında efirdə olmağımla insanlar məni daha çox tanıdı. O layidən sonra fəaliyyətimi həm radio, həm marketing , həm də video-bloger olaraq davam etdirdim. Hər birindən fərqli təcrübələr toplamışam.



Onu qeyd edim ki, indiyədək işlədiyim və hazırda da gördüyüm bütün işləri çox sevirəm və sevərək işləyirəm.



Mənim televiziya aparıcılığına xüsusi sevgim olduğundan, həmişə aparıcılığımın üzərində işləmişəm. Məhz qeyd etdiyiniz Əlfəcin layihəsi də bu sevgimdən yaranmış veriliş idi. Özüm tək verilişimi yaratmaq istəyirdim və bu layihəni YouTube-da etdik. Uğurlu alındı düşünürəm.

3) Auditoriya qarşısında pozitiv və səlis nitqinizlə seçilirsiniz. Nitq mədəniyyəti marketinq mütəxəssisi üçün vacib elementlərdən biridir. Bu sahədə inkişaf etmək üçün həmkarlarınıza nə məsləhət görürsünüz?



- Kamera qarşısında və eyni zamanda səhnədə də oynamağı yox, özüm kimi - səmimi olmağı çox sevirəm. Adi həyatımda da çox gülən biriyəm. Ona görə çox vaxt pozitiv olmağımı deyirlər.



Danışıq üslubuma və nitqimə gəldikdə isə, daim öz üzərimdə işləyirəm, çalışıram ki, ən yaxşısını bacarım. Təbii ki, radioda aparıcı olaraq işləməyimin nitqimin və səsimin formalaşmasında böyük rolu var.

4) Kimin nitqini nümunəvi hesab edirsiniz?

- İndi ağlıma gələnləri desəm, Dj Fateh, Aynur Talıbova - saatlarla onlara qulaq asa bilərəm. Və qulaq asdıqca nümunə götürə bilərəm.

5) Auditoriya qarşısında zarafatları yerində edirdiniz. Zarafat edə bilməyənlərə nə məsləhət görürsüz?
- Etməsinlər ()
Əslində, güclü zarafat və yumor hissinə sahib olduğumu deyə bilmərəm. Və yalnız öz yaxın ətrafımla çox rahat zarafat edə bilərəm. Uğursuz olsa belə)) amma kütlə qsrşısında uğursuz ola biləcəyini düşünəcəyim zarafatlar etmərəm, çox ehtiyyatlı davranaram. Bu uyğundur dediyim nüanslarda nəsə deyərəm. Və belə düşüncə yaratdığıma çox təəccübləndim açığı.

6) DMC2016 – Sizə yeni nə qatdı?

- Yeni gözəl tanışlıqlar, iş əlaqələri və təcrübə.

7) Vloqunuz son zamanlar daha çox aktivləşib. Uğurlu vloqun sirri nədir?

- Hazırda bir çox işlərim olduğundan, Youtube kanalıda o qədər də vaxt ayıra bilmirəm. Bir işi görəndə keyfiyyətli olmasına çox önəm verirəm. Məncə izləyiciyə keyfiyyətli iş təqdim etməklə, onlara sevgini göstərmək mümkündür. Bununla da onlar sizi sevir və işlərinizə dəyər verir.

8) Hansı vloqerləri izləyirsiz, izləmisiz?

- Mimii İkonn - çox sevərək izlədiyim vlogerdi. Həmçinin İdil Tatari. Ümumilikdə vaxtım olduqca bir çox dünyaca məşhir vlogerlərə baxmağa çalışıram.

9) Yerli vloqerlərin ən çox etdikləri səhvləri nədə görürsünüz?

- Süni olmaları və kameraya oynamaları. Bəlkə izləyici hiss etmir, amma tv işçisi üçün bu çox süni və mənasız görünür. Rahat olsunlar məncə.

10) Siz həm də Özsütün marketinq menecerisiniz. Özsüt üçün etdiyiniz hansı işləri uğurlu hesabedirsiniz?



- Özsüt-lə əməkdaşlığımız hələ yeni başlayıb. Düşünürəm, uğurlu işlərimdən danışmaq üçün hələ çox tezdi. Özsüt mənim ən doğma məkanımdır. Ona görə, ora ilə bağlı gördüyüm bütün işlərdən zövq alıram.

11) Marketinq sahəsində işləmək üçün hansı xüsusiyyətlər olmalıdır?

- Bunu sadəcə sadə vətəndaş kimi cavablayacam. () Məncə, insanlarla yaxşl ünsiyyət bacarığı, bu sahədə daim dünya bazarını araşdırmaq, yerli bazarın tələblərini öyrənmək.

12) Marketinqin əlfəcinləri kimlərdir?

- Əlfəcinin hansı bölmədə qoyulmasına görə dəyişər. Ad çəkməyim.

13) Son dəfə Sizi film posterində görmüşdük. Filmdə hansı obrazda özünüzü görürsüz?

- O posteri dizayner bir xanım hazırlamışdı. Mən də çox bəyəndim əl işini və posterdə olmağımı.

Düzü, aktrisa olmaq barədə düşünməmişəm. Amma bir obraz kimi düşünsəm, çox istəyərdim əsl Fransız qadını obrazında olmaq, həmçinin Azərbaycan tarixinə aid hansısa dövrdə olan bir xanım kimi.

14) Növbəti il üçün karyera planlarınız hazırdır?

İndiyədək adətən karyeramla bağlı baş verən şeylər plansız olub. Hələ də TV layihə etmək haqqında düşünürəm.

15) Son sual: Növbəti ildə nədən imtina edib, nəyə yeni başlayacaqsınız?

- Mütləq sağlam həyat tərzini seçmək adına, sağlıqsız olan hər şeydən imtina edəcəm. İndidən də etməyə çalışıram.



Sevdiyim idman növləri ilə məşğul olmağa başlayacam yenidən. Üzmə, kickboxing. Məsələn, ipdən atlaya bilmirəm və yaxşı üzə bilmirəm, onları öyrənəcəm.



Ən önəmlisi yeni ildə çox səhayət etməyi planlaşdırıram.

Müsahibə üçün Sizə təşəkkür edirik!