Dünəndən etibarən Twitter ABŞ – da ilk TV reklamlarını yayımlağa başlayıb. Twitter’ in son zamanlardakı yüksəliş trendi şirkəti daha çox işləməyə sövq edərkən yeni layihələrin ardı – arası kəsilmir.
Twitter’ in NASCAR yarışlarının reklam etdiyi videolarda NASCAR’ dan daha çox Twitter’ in yeni servisi olan #Hashtag səhifələrini tanıtmaq olduğu müəyyən olur. Twitter’ in idman və əyləncə komandasından Omar Asthari keçən həftəki bloq göndərməsində həftə sonu Twitter’ in yeni alqoritmi yarış haqqında heç görülməyən kadrları bu səhifələrə daşıyacağını bildirdi.
Twitter’ in #hashtag səhifələri ilə məqsədi isə digər markaları da Twitter’lə iş birliyi etməkdir. Bundan başqa, bu səhifələrdə Twitter istifadəçilərinin özbaşına marka reklamını etməsini təmin edəcək yeni bir təqdimat sahəsinin yaradılmasıdır. Twitter, bu səhifələri ilə internetdə markaların danışıldığı tək platforma vəziyyətinə gəlməyi planlaşdırır. Bunu edə biləcək gücdə olan Twitter’ in nə qədər uğurlu ola biləcəyini isə növbəti günlərdə görəcəyik.
Twitter’ in ilk televiziya reklamlarını aşağıdakı videolar vasitəsilə izləyə bilərsiniz.