Tarixində ilk dəfə olaraq İsveçrə saat brendi Omega Instagram platforması vasitəsilə onlayn-satışlar təşkil etməyə qərar verib. Bu tədbir tam müvəffəqiyyətlə nəticələnib: bütün mal dörd saat ərzində satılıb.



Omega markası Swatch Group müəssisəsinə aiddir və Instagram-da isə Speedmaster seriyasından olan Speedy Tuesday modellərinin məhdudlaşdırılmış partiyasını (cəmi 2012 ədəd) əldə etmək mümkün olub. Handelszeitung.ch. məlumatına görə, indiyə qədər brend online-satışlara çox ehtiyatla yanaşırdı və bu onların birinci təcrübəsi idi.



Bir nüsxənin qiyməti çox baha – 5800 isveçrə frankı olmuşdur. Lakin bütün bahalı modellər tez satıldı: 4 saat, 15 dəqiqə və 43 saniyə ərzində şirkətin dövriyyəsi 11,7 milyon isveçrə frankı oldu. Brendin Amerika pərəstişkarları isə vaxt fərqi ucbatından alış-veriş etməyə macal tapmadıqlarına görə şikayətləndilər.



Xatırladaq ki, Instagram proqramdan birbaşa onlayn-satış imkanını keçən ilin noyabrında təqdim etmişdi.