Deloitte şirkəti 2015/16 mövsümündə kommersiya fəaliyyətindən klubların gəlirlərinə həsr edilmiş hesabat hazırlayıb. Buraya matçın gündəlik pul gəlirləri (biletlərin və s. satışı) haqqında məlumatlar, televiziya hüquqları (çempionatın daxili oyunları, milli kubok və Avropa yarışlarından gələn gəlir) və kommersiya gəlirləri (sponsorluq, kommersiya, stadion turları və digər kommersiya fəaliyyəti) daxildir.



Nəticədə birinci yeri – gəlirləri 689 milyon avro təşkil edən ingilis "Mançester Yunayted”i tutub. Klubun matçları günlərində gəlirlər 127,5 milyon avro (bütün gəlirdən 20%), televiziya hüquqlarının satışı 187,7 milyon avro (27%), kommersiya daxil olmaları – 363,8 milyon avro (53%) təşkil edib. Ötən illə müqayisədə "Mançester Yunayted"in gəlirləri 170 milyon artıb.



İkinci yeri "Barselona" tutub, onun gəliri – 620,2 milyon avro təşkil edib. Üçüncü yeri isə – Madrid "Real"ı (620,1 milyon). İlk beşliyə həmçinin Almaniyanın "Bavariya"sı və ingilis "Mançester Siti" daxil olub.



Qeyd edək ki, reytinqin iyirmiliyinə – ingilis premyer-liqasının 8 komandası daxil olub.