Ötən həftə "Yuventus" futbol klubu rəsmən yeni loqotipini təqdim etdi. Bir neçə gün sonra isə şəbəkədə klubun yeni embleminin ona 200 min avroya başa gəldiyi haqqında məlumat yayılıb. Bu haqda öz Twitterində jurnalist Nima Tavalli yazıb.



"Yuventus" yeni loqonun hazırlaması üçün dizaynerlərə 200 min avro ödəyib" - jurnalist öz mikrobloqunda yazıb. Tavalli informasiyanın mənbəyini göstərməyib.



Klub öz simvolikasındakı inqilabçı dəyişiklikləri aşağıdakı qaydada izah edib: "Yeni loqotip "Yuventusun" mahiyyətini ifadə edir: oyun köynəklərinin tipik zolaqları, Skudetto – qələbənin simvoludur – və "Yuventus" üçün qanuna uyğun J. Bu üç element – bizim klubumuzun DNT-sidir. Biz bu üç elementi bir unikal simvolda birləşdirdik ki, bu da yalnız futbol klubunu deyil, həm də onun fəlsəfəsini təqdim edir".



Öz növbəsində azarkeşlər və futbol həvəskarları klubun yeni loqosunun yaranmasını birmənalı qarşılamayıblar. Klubun ənənələrinin pozulması bir çoxlarını özündən çıxardı ki, bu da bir çox qəzəbli postların yaranmasına səbəb oldu.