Su həyatdır. İnsanoğluna yaşaması üçün verilən ən böyük nemətlərdəndir. Susuzluq ən təməl ehtiyaclarımızdan biridir. Kimimiz buz kimi bulaq suyundan doyunca içirik. Kimimizsə təmiz su içə bilmək üçün marketlərə üz tuturuq. Bəs dünyada insanlar su üçün nə qədər pul xərcləyir? Ən bahalı su markalarını və qiymətlərini araşdırdıq.



1. Acqua di Cristallo Tributo a Modigliani. İnsan üzünü xatırladan bu su şüşəsi 24 karat qızıldandır. Sifariş etdiyinizdə şüşənin özü formasında dəri qablaşdırmada paketlənərək evinizə yollanır. Düşünsək ki, suyun özünün də içərisində 5 milliqram qızıl tozu var, onda 750 ml üçün 60000 $-dan keçməyə dəyər.





2.Kona Nigari.Havay adalarının sahilində 1 neçə min fut dərinlikdən çıxarılır. Satışını Yaponiya gerçəkləşdirir. İdmançıların, xüsusilə qadın idmançıların, cavan qalmaq istəyənlərin ən çox istifadə etdikləri markadır. Bu mineral suyun 750 ml üçün 402 $ ödəmək lazımdır.



3. Fillico. Yaponiyanın Osaka bölgəsindən çıxarılır və orda qablaşdırılır. Qapağının və şüşənin dizaynından qaynaqlanaraq “şahlara layiq” sloganından istifadə edirlər. 750 ml üçün 219 $.





4. Bling H2O. Şüşənin üzəri svarovski daşlarla bəzədilib. İdmançılar üçün nəzərdə tutulan bu məhsulun da 750 ml üçün 40 $ dan keçmək lazım olacaq





5. Veen. Fİnlandiyada çıxarılan və qablaşdırılan bu su dünyanın ən təmiz su qaynaqlarından biri hesab olunur. Enerji mənbəyi kimi təqdim olunan su markası 750 ml üçün 23 $ dəyərindədir.