Demək olar ki, dünyadakı bütün böyük yemək və içki markalarını yalnız 10 şirkətin idarə etdiyini bilirdinizmi? Davamlı həyatımızda olan o markaların sahibi olan 10 şirkət:
Associated British Foods- İngilis şirkəti, pərakəndə Primark-ın yanında, Dorset Cereals və Twinings çayları kimi markalara malikdir.
Coca-Cola- İçki sektorunun ən əhəmiyyətli oyunçularından biri olan Coca-Cola, Fanta, Sprite və Burn kimi bir çox markanın sahibidir.
Danone- Ölkəmizdə süd və süd məhsullarıyla tanınan Danone, Activa, Yocrunch və Oikos kimi qatıq markalarının sahibi olmaqla birlikdə, tibbi qidalanma məhsulları və su satır.
Mars- M&M-s, Mars, Snickers, Twix kimi şokolad markalarının yanında düyü markası Uncle Ben-s, saqqız markası Orbit və Starburst kimi bir çox
markanın da sahibidir.
Mondelez International- Daha çox qəlyanaltı məhsulları istehsal edən Mondelez, ölkəmizdə Milka, Toblerone, Oreo və Jacobs markalarıyla
bilinməkdədir.
Nestle-Nestea, Nesquick və Maggi kimi markaların sahibi olan Nestle, ölkəmizdə daha çox Nescafe markasıyla ön plana çıxmaqdadır.
PepsiCo- Pepsi, 7 Up, Tropicana və Gatorade kimi bir çox içki markasının yanında Doritos, Cheetos, Ruffles və Lays kimi əhəmiyyətli markaların və bunlardan başqa bir çox markanın sahibi
Unilever- Lipton, Algida, Calvin və Knorr kimi markalarıyla fəaliyyət göstərməkdədir.
General Mills- Daha çox Cheerios və Chex kimi bilinən General Mills- Yoplait, Hamburger Helper, Haagen-Dazs və Betty Crocker kimi markaların da sahibi mövqeyindədir.
Kelloggs- Eggo və Cheez-It kimi xarici markaların da sahibidir.