Münhen-də media və marketinq agentliklərinin assosiyasiyası tərəfindən tərtib olunan “Best Brands” mükafatlandırma mərasimi keçirilib. Mükafat istehlakçıların seçimi əsasında ən yaxşı milli kompaniyalara təqdim edilib.



Bu ilin “Ən yaxşı beynəlxalq alman brendi” BMW, “Ən yaxşı ərzaq markası” Coca-Cola seçilib. İlin “Ən yaxşı artım gostəricisi” Duplo şirkətinə təqdim olunub. Xüsusi nominasiya olan “Gələcəyin nəqliyyat vasitəsi” nominasıyasını Tesla brendi qazanıb.



“Best Brands” TOP-10



Best German Corporate Brand International Best Product Brand Best Growth Brand Best Future Mobility Brand
BMW Coca-Cola Duplo Tesla
Porsche Nivea Perwoll Öffi
Adidas Bose Miele BMW
Audi Rotkäppchen Tefal Audi
Daimler Bosch (Construction & DIY) Beck´s Call a Bike
Miele Apple (Smartphone / Wearables) Baileys Mercedes-Benz
Bosch WMF Makita Google
SAP Samsung (TV, DVD , Blu-Ray) Granini DriveNow
Siemens Oral-B Sony Flinkster
Bayer Miele Bose Car2Go



“Best Brands”- həm kompaniyalara, həm də agentliklərə istehlakçıların real prioritetlərini və dəyərlərini izləməyə imkan verir. Mükafat göstəriciləri istehlakçıların pozisiyasından marketinq kampaniyalarını qiymətləndirmək prosesində səmərəli rol oynayır.