Böyük şirkətlər tez-tez fərgli ölkələrdə eyni brendi fərgli-fərgli istehsal edir. Bu nümunələr haqqında məqalədə söhbət açılacaq.



Burger King



Burger Kingin ilk restoranı 1954-cü ildə ABŞ-da fəaliyyət göstərməyə başlayıb. Sonralar isə dünyanın bir çox ölkəsinə yayılıb. Lakin Avstraliya bazarına çıxmazdan öncə şirkət rəhbərləri belə adlı brendin Avstraliyada mövcud olduğunu öyrənib. Buna görə də Burger King yerinə Hungry Jack-s adından istifadə olunmasına qərar verilib.



Axe



Unilever şirkəti Axe brendini 1983-cü ildə Fransada yaradıb. Başqa ölkələrdə bu brendin adı başqa brendlərdə olduğuna və inglis dilindən “axe” sözünün “balta” mənası olmağına görə Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zenlandiya və Çin kimi ölkələrdə Axe yerinə Lynx adındnan istifadə olunmağa başlanılıb.


Danone



Danone brendini ispan əczaşısı İsaak Karasso yaradıb. O, brendin adını oğlu Daniyelə(Danon-uşaqlıq ləqəbi olub) həsr edib. Amerika bazarına çıxarkən şirkətin rəhbərləri brendin adının amerikalaşması üçün Dannon etməyi qərara alıblar. Amerikalılar brendin adını iki hecaya bölərək “Dan” və “One” kimi səf səsləndirirdilər.



Rexona



Brendin adı Böyük Britaniyada-Sure, ABŞda-Degree, Yaponiyada-Rexena, Cənuni Afrikada-Shield kimi tanınır.



Mr. Clean



Brend adı dəyişikliyinə görə bu brend birinci yer tutur. Demək olar ki hər böyük ölkədə bu brendin adı özünə məxsus tələffüz olunur. Bunlardan bir neçəsi: Mr.Clean(ABŞ, Kanada), Meister Proper(Almaniya), Monsieur Propre (Fransa), Maestro Limpio (Meksika və Latın Amerikasının ölkələri), Mastro Lindo (İtaliya), Flash(Böyük Britaniya).



Blen-a-Med Procter&Gamble şirkəti Crest diş məcunlarını 1955-ci ildən istehsal edir. Almaniya, Polşa, Bolqariya, Ukraina, Rusiya və sair kimi ölkələrdə diş məcunu Blen-a-Med kimi istehsal olunur.



Dove



Dove şokoladı Böyük Britaniya, İndiya və Misirdə Galaxy kimi tanınır.



Twix



Twix şokoladı ilk dəfə Böyük Britaniyada 1967-ci ildə Raider adı ilə istehsal olunub. Amerika bazarına çıxarılarkən brendin adı Twixlə əvəz olunub.



Lay’s



Walkers şirkəti Böyük Britaniyada 1948-ci ildə qurulub. 1989-cu ildə Lay’s cipslərinin istehsalçısı olan Pepsi-Co Walkers şirkətini alıb. Dızaynı dəyişsə də adı Walkers olaraq qalıb.