Olimpiada bütün dövlət və özəl ali məktəblərini əhatə etməklə ancaq tələbələr arasında keçirilir. Olimpiadanın rəsmi məlumat səhifəsi www.facemark.az saytıdır. Olimpiada haqqında ətraflı olaraq həmçinin mətbuat konfransı da keçiriləcəkdir.


Məqsəd:


Olimpiadanın keçirilməsində məqsəd tələbələrin magistraturaya hazırlığı ərəfəsində onların bilik və bacarıqlarının artırılması, eyni zamanda magistraturaya və dövlət qulluğuna daxil olmaq üçün verilən imtahanlarda önəmli yer tutan məntiqə marağın daha da geniş yayılmasına nail olmaqdır. İlk dəfə bu il 1-ci dəfə keçiriləcək olan olimpiadanın hər il mütəmadi olaraq keçirilməsi də planlaşdırılır.


İştirak və qeydiyyat qaydaları:


1. Dövlət və özəl ali məktəblərinin yalnız tələbələri iştirak edə bilər. İştirak tamamilə pulsuzdur.


2. Olimpiada 2 mərhələdən ibarətdir. I mərhələdə ən yüksək nəticə göstərən 80 nəfər II mərhələyə vəsiqə qazanacaqdır. II mərhələnin nəticələrinə görə olimpiadanın qalibləri elan olunacaqdır.


3. Olimpiadaya qeydiyyat 03 noyabra kimidir. Qeydiyyat Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, 35a ünvanında və internet vasitəsilə onlayn olaraq www.facemark.az/mentiq linki vasitəsi ilə də aparılır. Linkə birbaşa daxil olmaqla tələbələr, müvafiq xanaları doldurub göndərir. “Göndər” düyməsinə basdıqdan sonra tələbənin qeydiyyatının təsdiq olunması barədə ekranda bildiriş verilir. Və yalnız bundan sonra təşkilat komitəsi tərəfindən tələbənin e-mailinə buraxılış vəsiqəsi göndərilir. Buraxılış vəsiqəsində olimpiadanın keçiriləcəyi yer, tarix və saat qeyd oluncaqdır. Buraxılış vəsiqəsi tələbə tərəfindən çap olunaraq olimpiadaya gəldikdə mütləq yanında olmalıdır. Olimpiadaya gələrkən tələbə özü ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və buraxılış vəsiqəsini gətirməlidir. Bu 3 sənəddən biri olmadıqda tələbə olimpiadaya buraxılmır.


4. Olimpiadanın nəticələri öncədən xəbərdar edilməklə aidiyyatı yerlərdə elan olunacaqdır.




Mükafat fondu:


· Türkiyədə pulsuz magistratura təhsili – 1 nəfər


· Notebook – 1 ədəd


· Masaüstü kompyuter – 1 ədəd


· Telefon – 1 ədəd


· Fotoaparat – 1 ədəd


· 50 azn-lik “İdeal” Hədiyyə Kartı – 50 ədəd


· “Pak Dad” restoranına 2 nəfərlik şam yeməyi – 25 ədəd


· Elektron lüğət – 5 ədəd


· Flash-card – 5 ədəd


Bütün iştirakçılara “Kainat” tədris mərkəzində güzəştli təhsil imkanı veriləcəkdir. Eyni zamanda olimpiadada iştirak edən bütün tələbələrə “Bismak”dan hədiyyələr veriləcəkdir.


Sponsorlar:


· DNS Computers (www.dns.az)


· Pak Dad (www.pakdad.az)


· Bismak ( www.bismak.az)


· Facemark marketinq saytı (www.facemark.az)




Olimpiadanın reklam vasitələri:


· Facebook reklam banneri


· İdeal, Kainat, Azərbaycan Universitetləri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər çoxfanlı facebook səhifələrində məlumatlar


· www.day.az, www.1news.az, www.disput.az, www.lent.az, www.mail.ru, www.navigator.az, www.ideal.az, www.kainat.edu.az, www.facemark.az internet saytlarıdır.


Olimpiada haqqında sual və ya məlumat üçün əlaqə vasitələri:


Ünvan: Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi Küçəsi, 35a


Tel: (012) 563 34 15, (012) 563 34 25 Faks: (012) 563 34 22


e-mail: info@kainat.edu.az