Hər keçən gün yeni funksiyalarıyla istifadəçilərin könlünü fəth edən Instagram, ən böyük addımını Snapchat’ın Hekayələr funsiyasını tərkibinə qataraq etmişdi. 200 milyondan artıq istifadə edilən Instagram’ın Hekayələr funksiyasına haqqında çox danışılacaq iki yenilik gəldi. Artıq Instagram’da hekayələrdə dolaşarkən istifadəçilər bir-birlərinin hekayələrinə şəkil və video ilə cavab vere biləcək. Hekayənizə verilən cavablar əvvəllər olduğu kimi ismarıc qutusuna gələcək.





Instagram Hekayələr’ə gələn digər funksiya isə, Hekayə hissəsində ekran görünüşü alındığında qarşı tərəfə dərhal bildiriş göndəriləcək. Yəni yeni funksiya ilə birlikdə ekran görünüşü alarkən diqqətli olmağınız lazımdır.


Instagram’ın yeni funksiyaları artıq Android ve iOS istifadəçiləri üçün istifadəyə verilib.