Onlayn müsiqi yayım şirkəti SoundCloud London ofisini bağlayır.


Alman müsiqi yayım şirkəti 2015-ci il ərzində təxmini olaraq 50 milyon avro zərərə uğradığını açıqlamışdı. Bu zərərin ardından isə London və San Francisco ofislərini bağlayarkən Berlin və New York'la davam edəcək.


Ödənişsiz müsiqi yayımı edən xidmət, keçən il bir abunəlik seçimi başladıb %22 nisbətində də gəlir artımı təmin etmiş olsa da bu vəziyyət Spotify və Apple kimi rəqibləri qarşısındakı gücünün artmasını təmin edə bilmədi.


Təqribi 175 milyon dinləyiciyə sahib olan şirkətin, 2015-ci ildə yaşadığı zərər və bunu kompensasiya edə bilməməsi səbəbiylə 420 nəfərlik personalından 173’ünün işlərini itirəcəkləri deyilir.