Facebook, markaları potensial müştəriləriylə görüşdürən Messenger Reklamları (Messenger Ads) funksiyasını bütün dünyada istifadəyə verəcəyini açıqladı. Markalar, Messenger Reklamları sayəsinde dünyada ayda 1,2 milyarddan çox insanın istifadə etdiyi və aylıq paylaşılan mesaj sayının 2 milyardı keçdiyi Messenger üzərindən reklam verərək geniş bir kütləyə çata biləcək.
Markalara Facebook istifadəçilərinə çataraq reklam sahəsində önəmli rahatlıq təmin edən Messenger Reklamları, Xəbər Lenti’ndən əlavə Instagram və Audience Network üzərindən də reklam vermə imkanı verir. İtifadəçilər, Messenger’in mobil tətbiqində yer alan reklamlara klikləndikdə, Messenger ya da yönləndiriləcəkləri səhifə üzərindən marka ilə bir-başa əlaqə qura bilir.
14 ölkədə istifadəçilərin 59 %'i son iki ildə Messenger’i daha çox istifadə etdiklərini vurğularkən, Messenger istifadəyə verildiyindən bu günə 100 mindən çox Messenger Bot istifadəyə verildi.