WhatsApp'ın uzun müddətdir gözlənilən fayl formatlarında sərhədləri qaldıracağı ilə əlaqədar xəbərlər


ötən günlərdə yayılmışdı. Son yenilənmədən sonra artıq istənilən formatda fayl paylaşılacaq. Tətbiqin


son beta versiyası ilə birlikdə hər formatda fayl paylaşma xüsusiyyəti ilə yanaşı, bir sıra əhəmiyyətli


dəyişikliklər də edildi.


WhatsApp'da fayl göndərilməsi formatları .pdf, .docx, .xlsx və bənzəri formatlarla məhdud idi.


Son yeniləmə ilə birlikdə beta istifadəçiləri hər formatda fayl paylaşma sistemini istifadə edə bilirlər.


Lakin, fayl ölçülərində iOS platformasında 120 MB, Android platformasında isə 100 MB fayl ölçüsündən


daha çox göndərilməyəcəyi bildirilib.







WhatsApp'ın istifadəçilərinə təqdim etdiyi bir digər xüsusiyyət isə media paylaşımları üçün də asanlıq


təmin edir. Söhbət əsnasında birdən çox foto göndərildiyində, şəkillər tək-tək göstərilmək əvəzinə


söhbət daxilində qruplaşdırılır. Fotoların bir neçəsi görünür və digər fotoların sayı göstərilir. Bundan


əlavə, yüksək keyfiyyətli foto orjinal keyfiyyəti pozulmadan göndəriləcəkdir.


Yeniliklər yalnız bunlardan ibarət deyil. Artıq mətnə toxunaraq yazıları altından xətt çəkilmiş və ya maili


etmək mümkün olacaq.







WhatsApp, fayl formatlarında sərhədləri qaldıraraq istifadəçilərini sevindirsə də, bu vəziyyət


təhlükəsizliklə əlaqədar problemləri də özü ilə gətirə bilər.


Hal-hazırda beta versiyasında istifadə edilir yeni xüsusiyyətlərin bir neçə gün içində bütün istifadəçilərə


təqdim olunması gözlənilir.