Avtomobil istehsalçısı Mazda avtomobil sürərkən sosial şəbəkələrdə olan istifadəçilər üçün yeni kampanya başlatdı. İsraildə başlanan bu kampanya rol arxasında olarkən diqqəti dağılanları- sosial şəbəkələrə, məsələn Facebook'a göz gəzdirən istifadəçiləri hədəf alıb. Bu kampanyanın həyata keçirilməsi üçün, həmçinin, BBR Saatchi & Saatchi brendi də kömək etmişdir.
"Don't Scroll and Drive" adlanan bu kampanya avtomobil istifadəsi zamanı Facebook'da olan istifadəçilərlə mübarizə aparır və yola baxmasalar nələrin baş verə biləcəyini onlara göstərir. Belə ki, istifadəçilər 'Xəbər Lenti'ndə gəzərkən birdən-birə bir avtomobil ekrana daxil olur və sonra telefonun ekranı qırılır. Hər halda bunu yaşamaqdansa bir dəfə görmək daha yaxşıdır.
Vidoaya aşağıdakı linkə klikləməklə baxa bilərsiniz: