Facebookda ən çox istifadəçisi olan ölkələr və şəhərlərdə dəyişmələr var. Birinci sıranı əlində tutan ABŞ, Hindistandan gələn hücum ilə ikinci sıraya gerilədi.
Webrazzi'nin verdiyi xəbərə görə Hindistan 241 milyon istifadəçi ilə birinci sıraya keçərkən ABŞ-ın Facebook'da 240 milyon istifadəçisi var.
Hindistanda aqressiv böyümə
Facebook 2017-ci ilil başından bəri ABŞ və Hindistanda böyüməyə davam etdi. Ancaq təqdim edilən hesabata görə Hindistandakı böyümə ABŞ-ın iki qatıdır.
Hindistanda istifadəçi sayında son altı ayda 27 faizlik (+50 milyon istifadəçi) bir böyümə yaşanarkən bu nisbət ABŞ-da sadəcə 12 fazilik (+26 milyon istifadəçi) oldu.
Hindistandakı bu böyüməyə nəzərən ölkənin ümumi əhali sayına nisbətlə sosial media penetrasyası olduqca aşağıdır. Ölkənin yalnız 19 faizi aktiv sosial media istifadəçisidir. Bunun yanında ABŞ-ın 73 %i aktiv sosial media istifadəçisidir.
Qeyri-bərabər paylanma
Məlumatları ətraflı araşdırdığımızda Hindistandakı böyümənin cəmiyyətin hər seqmenti üçün bərabər olmadığını görürük. Hindistandakı Facebook istifadəçilərinin təxminən 75 faizi cinsiyyətini kişi olaraq bildirmiş. Buna qarşılıq ABŞ-dakı qadın istifadəçilərin nisbəti 54 fazidir.
Ayrıca Hindistanın istifadəçiləri ümumi olaraq gənclərdən ibarətdir. Ölkənin gənc əhalisinin çox olduğu düşünülərsə bu təəccüblü deyil.
Ümumi olaraq baxdığımızda Hindistanın hələ böyümə və inkişaf sahəsi mövcuddur. Gələcək illərdə mobil istifadənin yayılması və internetin əlçatan olması ilə bu nisbətlərdə daha böyük dəyişmələr görə bilərik.
Mənbə: Sosyalmedya