"Sosial mediada hansı zaman kəsimində paylaşım etmək daha doğru olar?" sualından daha köhnə və əsaslı bir sual yoxdur. Mütləq ki, hər kəs bu sualı bir dəfə soruşub. Məzmun saytları, sosial media marketinqi sahəsində çalışan firmalar bu problemin cavablarını müxtəlif şəkillərdə izləyicilərinə çatdırıblar.
Yaxşı bir məzmun çıxaran hər istifadəçi məzmunlarının orqanik olaraq böyük kütlələrə çatmasını istəyir. Heç kəsin kompüter ya da telefon başında olmadığı bir zaman paylaşım etməkdənsə, strateji bir zamanlama ilə paylaşımınıza baxış sayını artırmağı hədəfləmək çox təbiidir. Ancaq çox vaxt internetdə qarşımıza gələn məlumatlar uyğun olmaya bilər və ya bizim vəziyyətimizə tətbiq olunduğunda məhsuldar nəticə ala bilmirik. İndiki vaxtda isə bu problemin ən dəqiq cavabını sosial media platformlarının bizə təqdim etdiyi statistika səhifələrində tapa bilirik.
Hootsuit'ə görə Facebook paylaşımları üçün ən doğru zaman həftə içi saat 12:00 ilə 15:00 arasıdır. SproutSocial isə bu zaman aralığını bir az daha genişləndirir və təqribən hər gün 09:00 ilə 15:00 arası olaraq verir. Digər tərəfdən CoSchedule isə 20-dən çox işi araşdırdıqdan sonra cümə axşamından bazar gününə kimi saat 13:00 ilə 15:00 arası bir zaman dilimini təklif edir.
Öz Facebook səhifəniz üçün nəyin işə yarayıb, nəyin yaramadığını öyrənmək üçün isə ən uyğun yol, əlbəttə ki, öz statistkilarınızı görmək olacaq. Bunun üçün səhifənizin başındakı üç nöqtə simvoluna klikləyib "Statistikaya Bax" bölümünə baxmaq kifayətdir. (Əgər Bisnes hesabından girirsinizsə səhifənin ən yuxarısında olan Statistikalar yazısına klikləyin) Burada izləyicilərinizin ən aktiv olduğu saatları görə bilərsiniz. Verilən saatların bir 10-15 dəqiqə əvvəlində paylaşım etməyiniz orqanik baxış sayına müsbət təsir edəcək
CoSchedule və HubSpot aktivlik üçün ən təsirli günün Çərşənbə günü olduğunu desə də, SproutSocial bu günün Cümə axşamı olduğu qənaətindədir.
Paylaşımlarınızın təsirli olması üçün Twitter Analytics'in girib Tweets nişanını basmanız kifayət edəcək. Qarşınıza çıxan qrafik onsuz da sizin orqanik reaksiyaları hansı günlərdə zirvə etdiyini sizə qısa müddətdə göstərəcək.
Professionallara hədəflənmiş bir platforma olan LinkedIn üçün ən doğru zamanın iş saatları içində olduğunu düşünmək çaşdırıcı deyil. Həftə içi 08:00-17:00 arasında aktivlik yaxşı olsa da, ən məhsuldar günlər Çərşənbə axşamı, Çərşənbə və Cümə axşamı günləri olaraq sadalanır.
LinkedIn Analytics'dən izləyicilərinizi, səhifə ziyarətçilərinizi görməyiniz mümkündür. Hansı saatların daha uyğun olduğunu görmək üçün isə pulsuz olaraq SimplyMeasured tətbiqindən faydalana bilərsiniz.
Pinterest üçün bütün mütəxəssislər həftə sonunun doğru zaman olduğunu söyləyir. Ancaq çaşdırıcı olan isə gecə 02:00 ilə 04:00 arasının ən təsirli saatlar olmağıdır.
Gecənin o saatlarında analytics.pinterest.com səhifəsinə girib izləyicilərinizi nəzərdən keçirməyiniz faydalı ola bilər. Audience'ın altındakı Demographics'ə klikləyərək məlumatlarınıza baxa bilərsiniz.
Bütün araşdırmaların ortaq nəticəsi həftə içi günlərinin ən doğru günlər və səhər erkən saatlar ilə axşam iş çıxışından sonrakı saatların ən təsirli saatlar olduğu istiqamətindədir.
Əgər biznes hesabı istifadə edirsinizsə, Instagram üçün statistikalarınıza çatmağınız çox asandır. Buradan hansı saatların daha təsirli olduğunu görə bilərsiniz. Əgər müəssisə hesabına keçmədinizsə pulsuz tətbiqlərdən istifadə edərək izləyicilərinizin aktiv saatlarını görməyiniz mümkündür.
Mənbə: sosyalmedya