Şirkətin blogunda qeyd edilir ki, WhatsApp gündəlik auditoriyası 1 milyard istifadəçiyə çatdı.
Onların bloglarında "Bu gün biz dünyadakı bir milyard insanın WhatsApp'dan istifadə edərək hər gün sevdikləri, dostları və ailələriylə əlaqə saxladığını məlumatlandırmaqdan qürur duyuruq" yazılıb.
Ayda aktiv istifadəçilərin sayı 1.3 milyardı təşkil edir, hər gün 55 milyard mesaj göndərilir, istifadəçilər gündəlik 4,5 milyard fotoşəkil və 1 milyard video paylaşır.



Mənbə: adindex.ru