Facebook reklam verənlərin rəqəmsal sahələrdəki reklamları üçün düzgün məlumatlara çatmaq mövzusunda olduqca böyük bir problem yaradan səhv klikləmələr üçün yeni bir siyasətə keçir. Facebookun məhsul marketing menecerlərindən biri olan Breet Vogel çıxışında Facebook reklamlarını yayımlayan Audience Network kimi şəbəkələrdə yaşanan səhv klikləmələrin reklam verənlərə əks etdirilməyəcəyini və hesabatlandırılmaycağını açıqlayıb.
Vogel səhv klikləmələrin müəyyənləşdirilməsi mövzusunda 2 saniyəlik limit qoyacaqlarını qeyd etdi. Reklama daxil olduqdan sonra 2 saniyə və ya daha qısa bir vaxtda geri qayıdılarsa bu hərəkətlərin səhv klikləmə olaraq qeydə alınacağı deyildi.
Vogelin açıqlamalarında biri də reklam yerləşdirənlər üçün olub. O, açıqlamasında səhv klikləmələrin düşünülən qədər çox olmadığını və bu səbəbdən onların ziyanlarının olmayacağını da sözlərinə əlavə edib.
Yeni reklama sərmaye qoymaq üçün düzgün reklam məlumatlarına sahib olmaq istəyən reklam yerləşdirənlər Facebook-un həyata keçirəcəyi bu sistemlə yeni dövrdə büdcələrini və strategiyalarını daha düzgün şəkildə hazırlaya biləcəklər.
Mənbə: pazarlamasyon