Facebook xəbər lentini daha asan oxuna biləcək, kliklənəcək və daha çox şərh yazıla biləcək şəkildə yenidən dizayn edib. Facebook-la bərabər İnstagram da dizaynda bəzi dəyişikliklər edir. Artıq İnstagram istifadəçiləri də rəylərə alt rəylər yaza biləcək.






Daha minimalist yanaşma


Facebook müəyyən fasilələrlə dizaynını yeniləyir. Bu prosesdə adətən lazımsız əlavələr təmizlənir və ya interfeysi daha təmiz bir hala gətirə bilmək üçün çalışırlar. Xəbər lentindəki ağ sahələr getdikcə çoxalır. Bunu facebookda saatlarla gəzinərkən gözlərin yorulmaması üçün atılan bir addım kimi şərh edə bilərik.


Facebookun dizayn komandası mövzu ilə bağlı bunları deyib: “ ...bu dəfə sadəcə kiçik dəyişikliklər deyil, milyonlarla istifadəçinin hər gün istifadə etdiyi tətbiqi daha az yorucu hala gətirmək üçün böyük dəyişikliklər etmək istədik”


Facebook və İnstagramın yeni dizaynları növbəti iki həftə ərzində İOS və Android cihazlarına tamamilə gəlmiş olacaq.







Facebook rəyləri


Facebook rəyləri də artıq Messenger-də olduğu kimi baloncuqlar şəklində olacaq. Beləliklə istifadəçilər həm daha rahat başa düşülə bilən, həm də qrup mesajlarındakına oxşar bir dizaynla qarşılaşacaqları üçün daha rahat əlaqədə ola biləcəkləri bir dizaynla qarşılaşacaqlar.







Naviqasiya və Bəyən düymələri


Bu düymlər daha rahat tapılsınlar deyə bir az böyüdülüb və içi boş bir dizaynla ümumi görünüşə uyğun gələn, göz yormayan bir hala gətirilib. Eyni zamana dünya ikonu şəklində olan bildirişlər düyməsi artıq daha yaxın olan zəng ikonu ilə əvəz ediləcək. Profil şəkilləri artıq kvadrat əvəzinə dairə formasında olacaq. Paylaşımların daha böyük olması da yeni dəyişikliklər arasında yer alır.







Mənbə: sosyalmedia