ABŞ prezidenti Donald Tramp bu həftə Federal Ehtiyatlar Sisteminə (FED) özünün namizədinin adını açıqlayacaq.



Facemark.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.



Tramp qərarını bu həftənin hər-hansı bir günü açıqlayacağını bildirib: “FED namizədi olan şəxsdən mükəmməl nəticə gözləyirəm. Ağlımda bir ad var. Bu ad hər kəsi təəccübləndirəcək”, - deyib.



Mənbələrin verdiyi məlumata görə, prezident FED sədrliyinə özünün namizədi sırasında vali Jerome Powellu görmək istəyir.