Dünyanın ən böyük şirkətləri olan “Apple” və “Google” arasında çisburger “böhran”ı yaşanır.
Facemark CNN-ə istinadən xəbər verir ki, buna səbəb “smile”dır. Belə ki, “Google” çisburger “smile”ında pendiri kotletin altına qoyub.
Sosial media istifadəçiləri çisburgerdə pendirin kotletin altında olmasının yanlış olduğunu və “Apple”ın hazırladığı “smile”da pendirin üstə olmasının daha düzgün edildiyini bildiriblər. Nəticədə isə, çisburgerdə pendiri kotletin üstündə sevənlər ilə altda olmasını xoşlayanlar arasında müzakirələr qızışıb.
“Google”un çisbuger “smile”ı haqqında sosial mediada çıxan müzakirə şirkətin idarəetmə heyətinə qədər gedib çıxıb.
Daha sonra isə “Google”un CEO-su Sundar Pichai isə şirkətin bütün idarəçilərini “smile böhranını” dərhal həll etməyi tapşırıb və təcili tədbirlər görülməyə başlanılıb.
Bununla da müzakirələrin daha da dərinləşməsinin qarşısı alınıb.