“Facebook”un “Snapchat”a bənzər bir çox xidmətlərinin olması (“Messenger”, “Instagram”, “WhatsApp”) bir çox istifadəçidə çaşqınlıq yaradır.
Facemark.az xəbər verir ki, şirkət “Snapchat”dan götürdüyü bəzi özəlliklərin artıq baş qarışdırıcı olduğunu anlayıb və dəyişikliyə gedib.
Yeni xidmətin adı sadəcə “Stories” olacaq və burada payalaşdığınız bütün foto, video, salyd, həm “Facebook”, həm də “Messenger” tətbiqində əlçatan olacaq.
Bu isə o deməkdir ki, indi bu üç platforma arasında ayrı-ayrı paylaşımlar etməyə lüzum qalmayacaq.
Həmçinin, edəcəyiniz paylaşımları hərkəsə açıq və ya sadəcə “Messenger” dostlarınıza açıq hala gətirə bilərsiniz. Əgər bu variantlardan heç birini etmək istəməsəniz, o zaman şəxsi bir siyahı hazırlaya bilər, ya da “Stories”dən müəyyən istifadəçilərin iki platformadan da göndərdiklərinizi görməsini bloklaya bilərsiniz.
“Facebook” və “Messenger”in fərqli variantlarının olması onsuz da məntiqli deyildi. Güman edilir ki, şirkətin bu addımı atması, həm fikir qarışıqlığının qarşısını almaq, həm də müvəqqəti təklifi daha əlverişli etmək dayanır.