Andrey SOKOLOV, CEO :
Kann festivalı yalnız yüksək səviyyəli məruzəçiləriylə və ən yaxşı reklam keyslərilə maraqlı və zəngin program deyil, festival həm də yüksək səviyyəli peşəkarların arasında olmaq, təcrübələri paylaşmaq, bir sıra informasiya və beynəlxalq əlaqələr, əməkdaşlıq yaratmaq imkanı yaradır.
Festivalın məşhurluğu artmaqda davam edir və biz bunu tam ölçüdə özümüz də sınaqdan keçiririk. Bir çox seminarlara erkən gəlmək lazımdır, çünki zalda yerlər fiziki olaraq qalmır. İştirakçıların sayı keçən illə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır.
Özüm üçün qeyd etdiyim əsas trendlər: mobil marketinq fəal inkişaf etməkdədir - çünkü onun üçün Kannda bu il ayrıca kateqoriya yaradılmışdır. İkinci tendensiya: Qızıl Şirləri əsasən sosial proyektlər və sosial lahiyələr aldılar. Hal-hazırda biznesin və cəmiyyətin hədəflərinin inteqrasiyası böyük əhəmiyyət əldə edir vəəlbəttə ki, bu reklam sənayesində öz əksini tapmışdır. Digər bir əhəmiyyətli trend insanlar informasiyalarla yükləniblər, standart reklamlardan artıq yorulubdurlar, məhz elə bu səbəbdən də reklamlar artıq heç kimi cəlb etmir. Müvəffəqiyyətin rəhni yalnız gözlənilməz qərarlar olmur, həmçinin fitnəkar, emosiyalara sataşan və təxribat xarakterli auditoriyanın canlı reaksiyasına səbəb olanlardır.
Tatyana TARMOQİNA, Executive Director və Anton MELNİKOV, "Cannes Lions" trendləri haqqında Drugie agentliyinin icraçı direktoru:
Kann festivalının nümayiş etdirdiyi əsas dünya tendensiyalarından biri reklamda dərhal cari vəziyyətə, son xəbərlərə və aktual problemlərə reaksiya vermək qabiliyyətidir. Bu mühüm ehtiyacdır: insaytlar aktuallıqlarını tez itirirlər, mövzu diqqət mərkəzindəykən bunu ilk görüb reaksiya verən qalib gəlir.
Sosial şəbəkələr və digital-mexanikalar yeni səviyyəyə keçirlər: onlar reklamın bir hissəsi, reklam kampaniyalarının seçimlərindən olmağı dayandırıb reklam kampaniyalarının əsası olurlar. Nə off-layn komponentin həcmi, nə də kommunikasiya kanallarının uyğunluğu əhəmiyyətli deyil. Kampaniyanın taleyini rəqəmli sahədə reaksiya qərar verir.
"Cannes Lions" layihələri üzrə daha bir aşkar dünya trendi tamamilə milli aspektlərin fəal istifadəsidir. Konkret xalqın insaytlarını əks etdirən ölkələr birmənalı daha güclüdür və qalibdir.
Kraft daha çox yayılmaqdadır və məşhurluğu əldə edir. Bu həmçinin dəyişkən mühitə reaksiya verməyə sürətlidirir və zamanla operativ ayaqlaşmağın bir üsul növüdür.
Ən parlaq və güclü keyslər inventorlara əsaslandırılmışdır. Yaradıcılıq yalnız yeni texnologiyalardan istifadə etmir, o onları ixtira edir, unikal istehsal qərarlarını tapır. Bu ideyalar prinsip etibarilə heç bir arayışlara, istinadlara, analoqlara malik deyillər: sadəcə bu kimi şeylər dünyada heç vaxt olmayıb.
Kann Festivalın təcrübəsini yekunlaşdıraraq, qeyd etmək olar ki, ən vacib və əsas şey indi özünə inanmaq, qorxmamaq, cəsarətli və qeyri-adi olmaqdır və özünə şübhə edən heç kimə qulaq asmamaqdır. Bu canlı, hərəkətli, dəyişkən dünyada hər şey mümkündür!