“Rusiyada “Google” və “Facebook”da reklam qanunvericiliklə qadağa oluna bilər”.



Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu barədə II Ümumrusiya Gənclər Media Konqresində çıxışı zamanı Dövlət Dumasının vitse-spikeri Peter Tolstoy deyib.



Daha öncə “Google”un axtarış sistemlərində RT və Sputnikin materiallarını azaltacaq xüsusi alqaoritmin inkişaf etdiriləcəyi bildirilib.



Sonra çıxışı zamanı “Roskomnadzor”un rəhbəri Aleksandr Jarov bildirmişdi ki, xidmət rus mediasının materiallarını sıralamaq niyyəti ilə bağlantılı olaraq “Google” a rəsmi bir tələb göndərəcək.



“Biz vəziyyətin necə inkişaf edəcəyini izləyəcəyik və buna uyğunda sərt tədbirlər həyata keçirəcəyik. Çünki bu bizim milli maraqlarımıza xidmət edir və bu bizim sizinlə olan azadlığımızdır”.



O, deyib ki, bizi, həmçinin oxucular üçün arzu edilməyən, sosial şəbəkələrdə təhlükəli reklam informasiyalarının vəziyyəti narahat edir:



“Google”, “Facebook” kimi qlobal şirkətlər amerika konqresində deyirlər ki, onlar pis reklamları yaxşılardan, təhlükəli olanları təhlükəsiz olanlardan ayırd edə bilmirlər. Biz də bilirsiniz ki, buna görə narahatıq”.



O bildirib ki, əgər bu problemin qarşısını ala bilmiriksə, o zaman gəlin bu reklamları qanunvericilik qərarı ilə qadağa edək.