Türkiyədə dolların məzənnəsində hərəkətlilik davam edir. Dünən və bu gün də dolların məzənnəsində yeni rekord qeydə alınıb.
Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dollar 3,9830 TL səviyyəsində olub, amma bu dəqiqələrdə isə 3,9794 səviyyələrində hərəkət edir.
Uzun zamandan bəri ilk dəfə olaraq Türkiyənin Mərkəzi Bankı faiz dərəcələrində dəyişikliyə gedib. Qərardan öncə 3,97 səviyyələrində hərəkət edən dolların məzənnəsi 3,95 TL-ə qədər enib.
Avro və Funt sterlinq də rekord qırıb
Avronun türk lirəsi qarşısında rekordu 4,6772 TL, Funt sterlinq isə 5,2792 səviyyəsinə çatıb. Bu dəqiqələrdə avro/TL 4,6730, funt sterlinq/TL isə 5,2748 səviyyəsinədir.
Azərbaycana gəlincə isə, bu günə dolların məzənnəsi 1,7002 manat, avro 1,9963 manat, funt sterlinq isə 2,2537 manat səviyyəsindədir.