Pula qənaət etmək çətin deyil. Çətin olan qazanılan pulun saxlanılmasıdır.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, başqa bir sahəyə daha çox pul xərcləmək üçün, digər ehtiyaclardan kəsmək çox asandır.


Siz ehtiyacınız olan son qəanətlər üçün özünüzü aldatmalısınız.


- Avtomatlaşdırın


Avtomatik pul köçürmə sistemləri qurun. Maaşınızdan pensiya fonduna ödənişlər edin və ya əmək kartınızda pulun bir hissəsini saxlayın.


- Gizlət


Başqa bir hesabda pulunuzun olduğunu mütəmadi olaraq xatırlamayın. Əmanət hesabı açın. Bu zaman ödəniş etdiyiniz təqdirdə, ümumi balansın nə qədər olduğunu görməyəcəksiniz. Pensiya fondlarına müraciət edin. Ödəniş edin. Ən azı 1-2 il hesabınızı yoxlamayın.


- Mükafatlarınızı saxlayın


Xərcləriniz üçün mükafat şəkildə sizə geri gələ bilən kredit kartlarından istifadə edin, sonra vəsaiti hər ay pensiya hesabınıza köçürün.


- Açarla


Təcili vəziyyələr üçün asanlıqla əlinizin çata biləcəyi 500 dollarlıq nağd vəsait saxlayın. Bundan başqa, pula əlçətanlılıq səviyyəsini artırmaq üçün maneələr yaradın. Depozit sertifikatları əmanət hesabınız üçün yaxşı bir nümunə ola bilər. Çünki vaxtından əvvəl hesaba giriş edərsəniz, bu zaman kiçik pul cəzası ödəməli olacaqsınız.


- Adlandırın


Bir məqsəd üçün pulun saxlayırsınızsa, onu digər məqsədlər üçün istifadə etməyəcəksiniz. Unutmayın ki, bu pulu saxlamaq üçün ən güclü vasitələrdən biridir. Onlayn banklar əlavə xərclər olmadan althesablar açmağınıza imkan verir. Məsələn, məzuniyyət, əmlak vergisi, yeni avtomobil fondu, bayramlar və s. Adsız bir hesaba yenidən giriş əldə etmək çox asandır, amma onu “Bora Bora adlarına arzuların səyahəti” adı qoysanız bu zaman həmin vəsaitə toxunmayacaqsınız. Adlar doğurdan da pulu xərclədiyiniz zaman nələri qurban etdiyinizi sizə xatırladacaq.