Dünyanın ən zənginlərindən Səudiyyə Ərəbistanın şahzadəsi Vəlid bin Təlalın şərik olduğu Livanın paytaxtı Beyrut sahilində yerləşən hotel və biznes mərkəzlərinin olduğu ərazidə yerləşən beşulduzlu hotellər “Four Season” və “Movenpick” satışa çıxarılıb.


Facemark.az xəbər verir ki, Livanın Hotellər üzrə Həmkarlar İttifaqının sədri Vadih Kənan bəyanatında həbs edilən şahzadə Təlalın sahib olduğu Səudiyyə Ərəbistana məxsus “Kingdom Holding”in adı çəkilən hotellərin şəriki olduğunu təsdiq edib.


Qərar həbslər ilə əlaqəli deyil


Hotellər üzrə Həmkarlar İttifaqının sədri qeyd edib ki, mehmanxanaların satışa çıxarılmasının Şahzadə Təlalın həbs edilməsi ilə əlaqəsi yoxdur. Qərar həbslər başlamamışdan öncə verilib.


Adının açıqlanmasını istəməyən Livanın üst səviyyəli bankın rəsmisi deyib ki, Livan banklarından biri hotelləri almaq üçün uzun müddət Şahzadə Təlal ilə müzakirləri olub. Beyrutun ən dəyərli bölgəsində yerləşən 300 otaqlı “Four Season” hoteli üçün əsl dəyərindən daha ucuz 150 milyon dollar qiymət verilib.


Bank rəsmisi deyib ki, hotellərin satışı qısa vaxtda baş tutacaq. İşlər yekunlaşandan sonra, ictimaiyyətə bu barədə açıqlama veriləcək.


Qeyd edək ki, Səudiyyə Ərəbistanlı kralı Salman bin Abdulaziz tərəfindən 4 noyabrda yayımlanan bəyannamələr əsasında Korrupsiyaya qarşı Mübarizə Komissiyası yaradılmışdı.


Kommisiyanın yaradılmasından sona, korrupsiya ilə əlaqədar Səudiyyə Ərəbistanının sabiq kralının oğlu və Mili Qvardiyanın keçmiş naziri Mutab bin Abdullah və milyarder iş adamı, şahzadə Vəlid bin Təlal olmaqla çox sayda şahzadə, nazir və iş adamları həbs edilmişdi.