Rusiyada “Qara Cümə” günü satıcıların gəlirləri 30 milyard rubla qədər artıb.


Facemark.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti İnternet Ticarət Şirkətlər Birliyinin prezidenti Aleksey Federova istinadən yazıb.


2017-ci ildə 20 milyon nəfər 90%-ə qədər endirimlə məhsul alıb. Bu da ötən ilə nisbətən 5 dəfə çox rəqəm deməkdir.


O deyib ki, alıcı sayının artması, satışın stasionar bir pərakəndə ilə birləşdirilməsi ilə bağlıdır.


Aksiyaya qoşulmuş onlayn mağazaların sayı bir ildə 1,5 mindən 3,5 minə qədər artıb.


Geyim seqmentində endirimlərin həcmi 90%-ə qədər çatıb. Gəlirlərin həcmi adi günlərə nisbətən 6 dəfə artıb.


Aleksey Federov düşünür ki, “Qara Cümə” gününü 4 noyabr-Xalq Birliyi Gününə keçitmək daha yaxşı olardı. Məsələn, ABŞ kimi. Orada “Qara Cümə” günü Şükran günü ərəfəsində təşkil edilir.


Rusiya da bu addımı atmalıdır ki, alıcılar bayramlar ilə satışları assosasiya edə bilsinlər.