1984-cü ildən bəri davam edən və son illər qonşu Türkiyədə də həyata keçirilən TED (Technology, Entertainment, Design) konfranslarında edilən çıxışların hər birində fərqli mövzulara toxunulur.


Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, bu cür konfranslar tamaşaçıların baxış bucağını açmaq mövzusunda ayrı bir dəyərə sahibdir.


Ancaq bu mövzulardan bəziləri, verdikləri mesajlarla digərlərindən daha çox önə çıxır.


Elon Muskdan Garry Kasparovadək bu ilin ən diqqət çəkən 10 TED çıxışını təqdim edirik.


Elon Musk - İnşa Etdiyimiz Gələcək


Elon Musk TED-in baş kuratoru Kris Anderson ilə birlikdə həyata keçirdiyi söhbətdə “The Boring Company”dən, “Tesla” və “SpaceX”dəki son vəziyyətdən və Marsda bir gələcək qurmaq istəməsinin arxasında dayanan motivasiyadan bəhs edir.



Tim Ferriss - Niyə hədəflərinizin yerinə qorxularınızı təyin etməlisiniz?


Tim Ferriss “qorxu tənzimləmələri” adını verdiyi bəsit, amma güclü təlimləri vasitəsilə qorxularımızı detallı bir şəkildə və tam olaraq zehnimizdə canlandırıb yazıya almağımız üçün bizə cəsarət verir.



Stuart Russell - Daha təhlükəsiz süni zəka üçün 3 prinsip


İnsanlar hər şeyi bilən cihazları yaratmağa hər gün bir az daha yaxınlaşır. Stuart Russell isə bu konseptdə fərqli bir şəkildə yanaşma ortaya qoyub. Şübhəçi robotlar: S.Russell çıxışında mehriban, yardımsevər və digər insanı dəyərləri ilə problemləri həll edə bilən insan dostu, süni zəkaya dair fikirlərini paylaşır.



Şah Rux Xan - İnsanlıq, Şöhrət, Sevgi haqqında düşüncələr


Hind kinosunun ən böyük ulduzlarından biri olan Şah Rux Xan çıxışında məşhur rəqs hərəkətlərindən bir neçəsini göstərir. Səhnə işıqları altında keçən bir həyatdan çətin qazanılmış həyata keçiddə qazanılmış təcrübəni paylaşır.



Kristin Poinar- Qrinland Buz Təbəqəsinin altındakı sirrlər


Alimlər qabaqcıl texnologiyadan istifadə edərək əriməkdə olan Qrinland buz təbəqəsinin altında gizlənən sirrləri ortaya qoyublar.


Tapdıqları isə buz təbəqəsinin altında yaz aylarında həyata keçən ərimə nəticəsində meydana gələn yeraltı nəhəng su hövzəsi idi. Bəs, bu su orada qalacaq, yoxsa okeana qarışıb dəniz səviyyəsinin yükəlməsinə səbəb olacaq? Kristin Poinar bu donmuş bölgəyə etdiyi səyahət nəticəsində əldə etdiyi təcrübəni paylaşır.



Garri Kasparov- “Ağıllı” maşınlardan qorxmayın, onlarla birlikdə çalışın


Dünyanın ən böyük şahmat ustalarından biri olan Garri Kasparov “ağıllı” maşınların ən böyük xəyallarımızı həyata keçməsinə yardım edəcəyi bir gələcəklə əlaqədar düşüncəsini paylaşır.



Luma Mufleh - Qaçqınlara mərhəmət göstərməyin, onlara inanın


ABŞ-də qaçqınlar üçün ilk rəsmi məktəbi yaradan Suriyalı əsilli İordaniyalı immiqrant Luma Mufleh müharibədən sonra dağılmış ölkələrdə yaşayan gənc insanlara həyatlarını yenidən qurmaq mövzusunda necə yardım etdiyi izah edir.



Mehdi Ordixani - Seyedlar - Adaptasiya olanda beyninizdə nə baş verir?


İnsanlar adaptasiya olduqları müddətdə beyinlərindəki şəkilləri incələyən neyroloq Mehdi Oridikhani beyin və kompüteri bir-birinə yaxınlaşdıraraq ADHD (Diqqət Əksikliyi və Hiperaktivite Pozğunluq) sahibi insanları müalicə etmək və münasibət qurmaq bacarıqlarını itirmiş insanlara kömək olmaq üçün istifadə olunacaq modelləri yaratmağı ümid edir.



Michael Beirut- Uşaqları oxumağa təşviq edəcək kitabxananı necə yaratmaq olar?


Michael Beirut məktəb kitabxanaçılarının yeni nəsil oxuculara və mütəfəkkirlərə ilham verdikləri bu möcüzəli məkanlara enerji, sənət, dizayn gətirmək üçün həyata keçirdiyi axtarışından bəhs edir.



Jack Conte - Sənətçilər digital dövrdə necə pul qazana bilərlər?


Son illərdə sənətin pula dönüşdüyü ənənəvi üsullar (albom, kitab satışları və s) internetin nəticəsində böhrana uğrayıb. Bu da sənətçiləri yaşamaq dərdinə soxub. Musiqiçi və investor Jack Conte isə qurduğu “Patreon” adlı platforma ilə internet sənətçilərinin pərəstişkarları tərəfindən maddi olaraq dəstəklənməsi üçün bir yol hazırlayıb.