Google+'un fəaliyyətlər üçün Facebooka bənzər bir tətbiq edəcəyi son günlərdə danışılsada bu tətbiq bu günə qədər sirr olaraq saxlanılırdı.


Google un Google Təqvim ilə birləşdirdiyi bu tətbiq ilə siz artıq Facebook’dakı kimi fəaliyyətlər edə bilərsiniz, ətrafınızdaki dostlarınızı və ya digər şəxsləri e-poçt vasitəsilə bu fəaliyyətlərə qoşulmağa dəvət edə bilərsiniz.


Google+‘un fəaliyyət səhifəsində aşağıdakı fotoşəkildə də gördüyünüz kimi dəyişik mövzular mövcüddur. İstədiyiniz təqdirdə bu mövzuları öz albomunuzdakı fotoşəkillərlə dizayn edə biləcəyiniz kimi Google+'un hazır şəkillərini də istifadə edə bilərsiniz.


Facebook’un fəaliyyətlər tətbiqindən fərqli olaraq Google+ fəaliyyətlərdə telefonunuzdan Parti Rejimini istifadə edərək anında o fəaliyyətdən fotoşəkilləri fəaliyyət səhifəsinə və Google+ profilinizə göndərə bilərsiniz. Həmçinin o fəaliyyətə qoşulanların çəkdikləri bütün fotoşəkilləri də bir yerdə toplayan Google+ fəaliyyətlər tətbiqi bu istiqamətiylə də Facebook’dan fərqlənir.


Bəs siz ''fəaliyyət səhifəsinə'' daxil olmusuz?