Sosial media fenomenlərinin satışların artımına təsir edib etmədiyinə dair mütəxəssislər araşdırma aparıblar.
Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, “Influencer Marketing” üsulu, ancaq təsirli seçmə və ölçü alətləri ilə markalara müəyyən ölçülərdə fayda verəbiləcək.
Fenomen izləyicilərinin satış gücləri və tövsiyələri istehlaka çevirmək bacarıqlarının, məhsul və fenomen bacarığı əsasında ölçülməlidir.
Bundan əlavə, əməkdaşlıq edilən hər fenomen ilə hansı məhsulun, hansı növ paylaşılmasının daha effektiv ola biləcəyinin də əvvəlcədən ölçülməsi vacibdir.
Qadınlar kişilər ilə müqayisədə daha tez təsirlənir
Sorğuda iştirak edənlərin 70%-dən çoxu marka seçimində fenomen seçiminin önəmli olmadığını düşünür. Hər 100 istifadəçidən 80-i son bir il içində fenomenlər vasitəsi ilə təqdim edilən hər-hansı markanı almadıqlarını bildiriblər.
Eyni mövzuda qadın və kişi arasındakı fərqlərə baxsaq, qadınların marka seçimi və satışlarda, izlədikləri fenomenlərdən daha yüksək faizdə təsirləndiyi ortaya çıxıb.
Qadınların 42%-i marka seçimində izlədikləri fenomenlərdən təsirləndiklərini deyib. Kişilərdə bu faiz 20%-dən aşağıdır. Qadınlarn 30%-i son bir il içində fenomenlər vasitəsilə təqdim edilən məhsul və ya xidməti aldıqlarını bildirib. Kişilərdə bu faiz 10%-lərə qədər geriləyir.
Mən təsirlənmirəm, amma başqaları təsirlənir
Sosial media fenomenlərinin tövsiyələrindən təsir altına düşmək faizi aşağıdır. Sorğuda iştirak edənlərin 77,9%-i özündən başqa hər kəsin təsir dairəsinə düşdüklərini deyib. Bu fikrə istinad edərək izləyicilərin 64%-i markalar üçün fenomen marketinqi lazımlı hesab edir.
Sponsorlu kontentlər nəzərə alınmır
Fenomen izləyicilərinin önəmli bir qismi bu hesabları şəxsi paylaşımlar üçün izlədiklərini və sponsorlu paylaşımları diqqətə almadqlarını deyiblər. Yaş və gəlir qrupuna görə, bəzi kiçik dəyişiklər olsa da, fenomen izləyiciləri “İnfluencer Marketing”in bəzi sektorlarda təsirli ola biləcəyini düşünürlər. Bu sektorlar sırasında qida, turizm səyahət, şəxsi təmizlik, sənət, əyləncə, hazır geyim gəlir.
Sosial media istifadəçiləri arasında aparılan sorğuya 340 nəfər qatılıb. Sorğuda iştirak edən kişilər 58%, qadınlar isə 42% olub.
Sorğu iştirakçılarının 31,1%-i 18-25 yaş arasında, 37,6%-i 26-35 yaş arasında, 26,6%-i isə 36-51 yaş arasındadırlar.
Qeyd edilir ki, araşdırma nəticələri marketinq büdcələrinin daha məhsuldar istifadəsinə kömək olacaq.