Rəqəmsal agentlikdə PR menecer kimdir? O nəyi bacarmalıdır?
PR menecerlərin yarısı əmindir ki, onların əsas tapşırıqları satışların təminatıdır. Onlar işlərində əsas çətinlikliyi mətnlərin hazırlanmasını göstəriblər.
Digital sektorun PR mütəxəssisinin portreti
Sorğuda digital sahənin 46 PR mütəxəssisi iştirak edib. Onların orta yaşı 29-dur. Onlardan 73,3%-i zəif cinsin nümayəndələri, 26,7%-i isə kişilərdir.
Bütünlüklə, gözlənilən nəticələr. İlk növbədə Rusiyada PR menecer qadınlar barəsində. Araşdırma “CMS Magazine”, “Workspace и Dalee” tərəfindən həyata keçirilib.
Təhsil. Pis xəbər odur ki, onların 42,2%-nin yüksək profilli təhsilə malik deyillər. Yaxşı xəbər isə odur 57,8%-nin profillərinə uyğun olan diplomları var. Gözlənilənlərin əksinə, orta aylıq maaş belə olub. Respondentlərin yarısından çoxunun maaşı ayda 50 min rubldan (845 dollardan) az olub. 2,3%-nin isə maaşı 20 min rubldan (338 dollar) azdır. Moskvada daha çox səy göstərən 31,2% respondentin maaşı isə 100000 rubldan ( 1690 dollar) çoxdur. Sorğu iştirakçılarının 70%-i son iş yerində 2 il və daha az müddətə çalışıblar.
PR menecerlərin işi nədən ibarətdir?
Respondentlərin 75,6%-i deyib ki, onların əsas işi şirkətin mövcud statusunu artırmaq, 51,1%-i isə fikirləşir ki, onların əsas işləri KİV-də şirkətin adının tez-tez hallanmasına nail olmaqdır. Onların 40%-i isə düşünür ki, satışların təminatı onların əsas vəzifələrindən biridir. Məlum olduğu kimi, mətnlərin hazırlanması (təhlil, məqalə, xəbər) - 40,9%, biznes və tematik saytlar üzrə nəşrlərin təmin edilməsi - 36,4% olub. Mətnlərin nəşr edilməsi prosesi ən çətin məqamdir. Təkcə, yüksək keyfiyyətli materiala malik olmaq yetərli deyil. Mətn hansı auditoriya üçün vacib olacaq, redaksiyada kimə təklif ediləcək və necə təqdim ediləcək məsələrini də nəzərə almaq lazımdır. Təəccüblü deyil ki, PR menecelərin 36,4%-i bu mərhələnin onlar üçün çətin olduğunu etiraf etməli olublar.
Büdcə
Şirkətlərin 15,4%-i bu sektora illik 1 milyon rubl (17 min dollar) və daha çox sərmayə qoyurlar. Belə nəticəni bazarın digər sahələri ilə müqayisədə mükəmməl hesab etmək olar.
Keyfiyyət səviyyəsi
PR menecerlərin 20%-nin fikrincə, onların işləri rəhbərliyin gözündə mükəmməl görünür. 60%-ə görə bu yaxşıdır. 15,6%-i isə düşünür ki, rəhbərlik ona işinə görə 3 qiyməti verə bilər.