Son günlər “Facebook” sosial platformasında gənc aktiv Bəxtiyar Hacıyev ilə “Azercell” şirkəti arasında olan rouminq çəkişməsi müzakirə olunur.
Facemark.az xəbər verir ki, marketinq mütəxəssisi İlkin Manafov bu məsələ ilə bağlı öz mövqeyini bloqunda qeyd edib.
“Mövzu isə çox sadədir. Bəxtiyar bəy, “Azercell” abunəçisi olaraq rouminq xidmətindən istifadə edib və nəticədə ondan daha çox pul çıxılıb.
Sözü gedən tərəf hesab edir ki, şirkət onun cibinə girib... Şirkət isə (“Azercell”) hesab edir ki, belə bir nəsə yoxdur. Uzun sözün qısası müştəri narazıdır və narazılığını səsli formada ifadə edir.
Bizim Sizin diqqətinizi cəkmək istədiyimiz mövzu isə daha qlobaldır. Biz blogda 3 mövzuya fokus olmağa çalışmışıq.
- Sosial media son dərəcə qorxulu silahdır. Bunu diqqətlə izləmək lazımdır.
- İnsanlarda, cəmiyyətdə neqativlik var. Bunu marketoloqlar bilməlidir.
- Sahibkarlıq cəmiyyətin inkişaf lokomotividir. Sahibkarlara hörmət etmək, onların maraqlarını qorumaq lazımdır.
Sahibkarlıq cəmiyyətimiz üçün, ölkədə orta sinifin yaranması, müstəqil düşüncə və ziyalı mövqe üçün vacibdir. Məhz rüşvətsiz ölkədə yaşamaq istəyiriksə, sahibkarlara, biznes adamlarına dəstək olmaq vacibdir. Şərtdir!
Düşündüklərimizi video-blog formatında sizlərlə paylaşmaq istəyirik. Danışdığımız keysdən kim haqlıdır və ya həqiqətəndəmi günah “Azercell”dədir?”
Buyurun, videoya baxın.