“Newsweek” nəşri hər il dərc etdiyi “Green Rankings” hesabatında istehsal prosesində ətraf mühitə az zərər verən 500 qlobal markanın siyahısını açıqlayıb.


Facemark.az xəbər verir ki, 500 qlobal şirkət arasında birinci yeri 89,90% səs toplayan Fransanın kosmetika markası “L'Oreal SA” tutub. Ətraf mühitin qorunmasında qlobal ən yaxşı şirkətlər arasında da “L'Oreal SA” birinci olub.



500 qlobal şirkət kateqoriyasında ikinci pillədə isə 88,70% səs toplayan Böyük Britaniyanın “Centrica PLC” şirkəti tutub.



Adıçəkilən kateqoriyadan beşliyə, həmçinin 86% səslə “Enbridge Inc”, 85,30% səslə “Siemens AG”, 83,70% səslə isə “Cisco Systems Inc” şirkətləri düşüb.


Qlobal TOP10-ğa gəldikdə isə, 89,90% səslə “L'Oreal SA”, 88,70% səslə “Centrica PLC”, 86% səslə “Enbridge Inc”, 85,30% səslə “Siemens AG”, 83,70% səslə “Cisco Systems Inc”, 82,60% səslə “Henkel AG & Co KgaA”, 82,50% səslə “Accenture PLC”, 82,50% səslə “BT Group PLC”, 79,60% səslə “Adidas AG”, 77,90% səslə isə “Koninklijke Philips NV” düşüb.



Qeyd edək ki, avtomobil kateqoriyasında “Toyota” birinci olsa da, “Qlobal 500” şirkət arasında isə 72% səslə siyahıda 16-cı yeri tutub.


Hibrid və daha az yanacaq istifadə edən avtomobillər istehsalına görə bu mükafatı qazanan “Toyota”nın Avropa üzrə prezidenti və CEO-su Dr. Johan van Zyl deyib ki, etdiyimiz hər işin əvvəlində ətraf mühit birinci olub:


“2015-ci ildə başladığmız “2050 Ətraf Mühit Vizyonun”da hədəfimiz istehsal prosesində ətraf mühitə vurduğumuz zərəri minimuma endirmək dayanıb”.



“Bu səylərimizin “Newsweek” tərəfindən mükafatlandırılması “Toyota”nın davamlı strategiyasının qarşılıq verdiyini göstərir”, - deyib.