Siz nə vaxtsa fikirləşmisiniz ki, məşhur markaların loqolarını dizeyner nədən ilhamlanaraq yaradıblar? Bəlkə, onlar heç təsadüfən yaradılmayıb?
Facemark.az Adme.ru-ya istinadən onlardan bəzilərini Sizlərə təqdim edir.
- Dünyanın ən məşhur film studiyası olan “Walt Disney”in loqosunda həmişə nağıla bənzər qala təsvir edilib. Əvvəl onun loqosu Almaniyanın Noyşvanştayn qalası idi. 2006-cı ildə isə onu Paris Disneylanddakı Sinderella qalası əvəzləyib.
- Oyuncaqlar istehsal edən Danimarka şirkəti LEGO isə iki danimarka frazasının “leg godt” ixtisarından meydana gəlib. Mənası isə “oynamaq yaxşıdır” deməkdir.
- İkinci Dünya Müharibəsi dövründə “Coca-Cola”nın Almaniya üzrə məsul şəxsi Maks Kayt yeni bir məhsul istehsal etməyə qərar verir.
İçkinin adı kollektiv müzakirənin nəticəsi idi, hansı ki, iştirakçılara öz təxəyyülündən istifadə edilməsi məsləhət (almancadan Fantasie) görülmüşdü. İştirakçılardan biri olan Joe Knipp isə dərhal Fanta! adını tələffüz etmişdi.
- Nin-ten-do-un adı isə üç heroqlifdən yaranıb. Mənası isə “göylərə uğurlar verin” deməkdir.
- Klass lüks avtomobil markası Cadillac adını şirkətin banisinin əcdadından götürülüb, fransız müstəmləkə administratoru və sərkərdə Antuan de Lamot de Kadilyaka Lingi.
- Britaniya markası Durexin adı isə abreviaturadır. Bu Durable, Reliable, Excellence sözlərinin (Möhkəmlik, etibarlılıq, üstünlük) abreviaturasından ibarətdir.
- Sam koreya dilində üç, sung isə ulduz deməkdir. Beləliklə, hərfi tərcümədə “Samung”un adı üç ulduz mənasını verir. 3 sayı isə böyüklüyü, çoxsaylılığı və gücünü göstərir.
- İlk baxışda “Audi”nin loqosu çox sadə görünür. Amma əslində bu belə deyil. Dörd halqanın hər biri 1932-ci ildə “Audi”nin dörd qurucu şirkətindən birini ifadə edir: DKW, Horch, Wanderer ve Audi.
- Bəzi markalar insanları inandırır ki, onların məhsullarından istifadə etməklə həyatları daha da yaxşılaşacaq. Levi də bu informasiyanı vermək üçünmü belə bir loqo hazırlayıb? O, bildirmək istəyib ki, markanın məhsulu ilə geyindiyimiz cins şalvarlar ürəyimiz istədiyimiz kimi əynimizə oturacaq. Əgər bu nüansı görməmisinizə, bundan sonra həmişə görəcəksiniz.
- “Echo Bay Techonology Group”un banisi Pierre Omidyarin ofisi Nevada ştatında Exo Bey də yerləşdirdi. Omidyar saytı EchoBay.com olaraq qeydiyyatdan keçirtmək istəyirdi. Ona isə deyirlər ki, bu ad artıq əvvəlcədən tutulub ona görə də o adı ebay.com olaraq qısaldıb. Buna baxmayaraq bəziləri fikirləşir ki, ebay “Electornic Bay”ın qısaltmasıdır.