İsveçin pərakəndə ən böyük geyim markası H&M onlayn saytı üçün hazırladığı kampaniya mətbuat da daxil olmaqla, insanların qəzəbinə səbəb olub.
Facemark.az xəbər verir ki, marka kampaniyasında qaradərili mankenin üzərinə yaşıl sviter geyindirib.
Üstündə isə belə bir ifadə yer alıb. “Coolest monkey in the Jungle” (Meşədəki ən havalı meymun).
Bu isə haqlı olaraq mətbuat və sosial mediada markanı irqçilikdə günahlandırılmasına səbəb olub.
Bir yadınıza salın Martin Lüter Kinq qaradərili insanların hüquqlarının qorunması uğrunda hansı mübarizələrdən keçmişdi. Baxmayaraq ki, bu gün də ABŞ-da polislər ilə qaradərili vətəndaşlar arasında münaqişələrin tez-tez şahidi oluruq. Yəni, bu nüans insanların həssas yeridir. Marka isə ya bilərəkdən, ya da bilməyərəkdən həmin həssas yerə toxunmuş olub.
Sosial mediada insanların sərt reaksiyasından sonra, H&M paylaşdığı postu bütün sosial platformalardan silib və ABŞ-da da satışlar dayandırılıb. Marka adından danışan rəsmi şəxs isə açıqlamasında bildirib: “Son kampaniyamız ilə əlaqədar təhqir olunmuş bütün insanlardan bütün səmimiyyətimizlə üzr istəyirik. Gələcəkdə bu kimi hallar baş verməməsi üçün bütün daxili siyasətimizi bir daha nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, kampaniya markanın İngiltərə əhalisi üçün hazırlanmışdı. Sosial media istifadəçilərindən biri isə məsələyə belə münasibət bildirmişdi. İndi bu markanın İngiltərə və ABŞ arasındaki fərqləri daha yaxşı bilinir.