“Fiziki mağazalardan alış-veriş edən istehlakçıların 90%-i satışdan öncə mütləq şirkətin onlayn kanallarına baş çəkir və araşdırma (Webrooming) aparır”.
Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri şirkətlərə rəqəmsallaşması üçün məsləhətlər verən “Positive” şirkətinin rəhbəri Caner Istı deyib.
Onun sözlərinə görə, bu markalara önəmli fürsətlər vəd edir: “Bu faiz onu göstərir ki, istehlakçılar rəqəmsal dünyaya nə qədər yaxındırlar”.
Şirkətin rəhbəri əlavə edib ki, e-ticarətin inkişafını istəyiriksə, onlayn və offlayn kanallari bir araya gətirib, inkişaf etdirmək lazımdır:
“Dünyada və Türkiyədə uğurlu misallara baxsaq görərik ki, həmin markalar e-ticarət saytını fiziki mağazalarla rəqabət etməsi lazım olan şöbə kimi baxmırlar. Əksinə, gün-gündən rəqəmsallaşan dünyada fiziki mağazaları üçün bir az daha fərq yaradıb, bazardakı digər markalardan bir addım da olsa önə keçirlər”.
O, əlavə edib ki, əgər bu il Türkiyə bazarında e-ticarət sektorunda çevriliş edilməsini istəyiriksə, bu sektor ayrı bir kanal kimi dəyərləndirilməməlidir.
“E-ticarət, başda fiziki mağazalar olmaqla digər kanalalrın tamamlayıcısı kimi görülməlidir. Bütün tətbiqlər onlayn ilə offlayn dünyaları bir araya gətirməyi mənimsəyən “omni-channel” (çoxkanallı marketinq-red.) yanaşması ilə həyata keçirilməlidir”.