“Adidas Originals” və alman nəqliyyat kompaniyası BVG özlərinin yeni eksklüziv krassovkalarını satışa çıxarıb. Krassovkanı alan şəxslər illik səyahət kartı da əldə edəcəklər.
Facemark.az xəbər verir ki, yeni kolleksiya cəmi 500 cütdən ibarətdir, yəni limitlidir.
Məhsulun ərsəyə gəlməsi zamanı oturacaqların döşəməsi üçün istifadə edilən materialdan istifadə edilib.
Kampaniya çərçivəsində məhsuldan alan müştərilər Brelində kütləvi nəqliyyat sistemindən pulsuz istifadə edə biləcəklər. Belə ki, krassovkanın bağlama yerində bilet mövcuddur.
Həmin nəqliyyat sistemlərinə isə, avtobus, metro, şəhər qatarları (U-Bahn), tramvay daxildir.
BVG-nin mətbuat xidməti bildirib ki, səyahət kartı 2018-ci ilin dekabrın 31-ə qədər etibarlı olacaq.
Krassovka yanvarın 16-da satışa çıxarılacaq. Məhsulun “Adidas Originals”ın satış nöqtələrində, həmçinin “Overkill”də cəmi 180 avroya (366 manat - red.) almaq mümkün olacaq. BVG-nin İdarə Heyətinin sədri Ziqrid Nikutta deyib ki, şirkət bu il 90 illik yubleyini qeyd edəcək: “Bu sevindirici haldır ki, şirkət özü-özünə necə artefakt halına gəlib”.