“Ölkədə “Türkiyə Kart” dövrü baş nazir Binəli Yıldırımın təqdimatından sonra başalayacaq”.


Facemark.az qonşu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Ahmet Arslan KİV-ə açıqlamasında deyib.


O bildirib ki, bu gün “Türkiyə Kart”a bənzər sistemlər dünyanın yalnız 3-4 ölkəsində istifadə edilməyə başlayıb: “Biz də bu sistemi uğurla tətbiq edən ölkələrin sırasına daxil olacağıq”.


A.Arslan qeyd edib ki, bankda hesabınız olmasa belə kartın imkanlarından faydalanmaq mümkün olacaq:


“Türkiyə Kart” vasitəsilə vətəndaşlarımız həm nağd, həm də kart ilə olan ödənişlərini edə biləcək. Bankda hesabınız olmasa belə, “Türkiyə Kart”a sahib olduqdan sonra, mobil telefonunuz üzərindən bir başqasına pul köçürülməsi edə bilərsiniz”.


Nəqliyyat naziri deyib ki, kart nəqliyyat kartı kimi də istifadə olunacaq:


“Vətəndaş bu kart vasitəsilə Türkiyə daxilində istənilən şəhərin nəqliyyat sistemindən də istifadə edə biləcək. Taksi xidmətləri verən və sərbəst çalışan şəxslərə də bu sistemə daxil olmaq üçün imkan veriləcək”.


Nazir bildirib ki, kartlar ölkənin 4 min 600 poçt xidmət mərkəzlərində satılacaq.