“Azər-Turk Bank” ASC-nin 3 əməkdaşı bankdan ayrılıb.
Facemark.az xəbər verir ki, bu barədə Bankın işdən ayrılan Strateji planlaşdırma və marketinq departamentinin rəhbəri Leyla Məmmədova öz “Facebook” səhifəsində yazıb.
Bundan əlavə, Bankın strateji planlaşdırma üzrə aparıcı mütəxəssisi Aslan Həsənli və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mahir Eyvazov da işindən ayrılıb.
L.Məmmədova qeyd edib ki, onlar yeni “start-up” layihəsinə başlayıblar.